«Vətənpərvər – bu ilk növbədə vətənə xidmət edəndir, vətən isə – ilk növbədə xalqdır»
Rusiyalı jurnalist Vladimir Krasilnikov “Azerros” Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasovun ünvanına səslənən ittihamlara cavab olan məqalə ilə çıxış edib. Yazının təqdim edirik:
«RİA Novosti»dəki mətbuat konfranslarının birində azərbaycanlı dostum – həmkarımla rastlaşdım. Biz bir neçə ildir görüşmürdük. Birgə dostlarımızı və tanışlarımızı, şahidi olduğumuz hadisələri xatırlamağa başladıq. Məni demək olar hər şey maraqlandırırdı: harada yaşayır, işləyir, ailəsi necədir və xeyli digər məsələlər. O mənə özü və işi barədə xeyli maraqlı söhbətlər elədi, həmçinin Rusiyadakı Azərbaycan icmasının necə yaşadığı və hansı dəyişikliklərə məruz qaldığı barədə danışdı.
– Sən yəqin Abbas Abbasov barədə eşitmisən. O indi Rusiyada azərbaycanlıların böyük ictimai birliklərinə – Rusiya Azərbaycan Təşkilatları İttifaqı və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatına rəhbərlik edir. Bu birliklər Moskvada və digər regionlarda özü haqda söz etdirib. Ancaq hər şey elə də asan deyil. Demə bu situasiya hamını qane etmir, – deyə Azərbaycan icmasının həyatının bəzi təfərrüatları ilə məni tanış edən dostum bildirdi.
– Sizin bəxtiniz gətirib ki, Abbas Abbasov kimi bir adam Azərbaycan diasporasına rəhbərlik etməyə razılıq verib. Azərbaycandakı hərbi hissələrin birində xidmət edəndə onun barəsində xeyli maraqlı şey eşitmişəm. Maraqlıdır ki, onun bədxahları var. Xeyli vaxt keçib, ancaq mən A.Abbasovun hansı nüfuza malik olduğunu xatırlayıram. Onda nadir istedad var – yaşından və vəziyyətindən asılı olmayaraq istənilən adamla ünsiyyətdə sadədir, – deyə mən bildirdim və əsgərlik dövrümün ən yadda qalan xatirələrimi yada salmağa başladım.
Məsələ burasındadır ki, azərbaycanlılara və onların icmasına maraq mənim üçün boş şey deyil. Bu respublika və onun görkəmli nümayəndələri ilə hələ iyirmi üç il bundan əvvəl tanış olmaq xoşbəxtliyinə nail olmuşam. Uzaq 1990-cı ildə MDU-nin jurnalistika fakultəsini bitirəndən sonra hərbi xidmət keçmək üçün o zaman Azərbaycan SSR-a göndərildim. Sovet ordusu sıralarında xidmətim Abbas Abbasov raykom katibi olduğu Abşeron rayonunda keçib. O zamani ilk dəfə bu rəhbərin adını eşitdim. Şiişirtmədən deyərəm: Abbas Abbasovun səmimiyyəti barədə yerli əhali arasında əfsanələr gəzirdi.
Sadə insanlar onda əsasən bir sıra insani keyfiyyəti özündə cəmləşdirən düzlüyü qiymətləndirirdi. Qəbul günlərində ona müraciət edən Abşeron rayon sakinləri ilə şəxsən görüşürdü. Özü də bu söhbətin nəticəsində konrket qərar qəbul olunurdu: “xahişə baxılsın və məsələ müsbət həllini tapsın”.
O vaxtdan 20 ildən artıq vaxt keçib. İnsan həyatında bütöv bir mərhələ. Bu gün, yeni əsrin və minilliyin ilk on ilini uğurla başa vurandan sonra uzaq 90-cı illərin tarixi hadisələri və konkret şəxsiyyətlərin o hadisələrdəki rolu xüsusi əhəmiyyət kəsb edir.
Dostumla görüşdən sonra Rusiyadakı azərbaycanlıların həyat və fəaliyyəti, icmanın həyatı, onun rəhbərləri, o cümlədən Abbas Abbasov barədə bir çox maraqlı məlumatların yer aldığı məqalələrə nəzərə salanda mən eyni zamanda RATİ və Azərros rəhbəri barədə sifarişli, yalan və böhtan dolu məqalələrə də rast gəldim. Bu məqalələrdə Rusiyadakı Azərbaycan icmasının lideri Abbas Abbasovun təmiz adını ləkələmək cəhdləri var idi. Təəssüf ki, bir çox halda qorxaqcasına təxəllüs altında gizlənən jurnalistlər Abbasovu ağır günahlarda ittiham edib və sadəlövcəsinə əksəriyyətin bu yalan axınına inanacığını güman edirlər. Əminəm ki, bu «səylər» təşkilatın və onun rəhbərinin imicinə zərbə vura bilər, ancaq çətin ki, nəyisə dəyişsin, çünki yalan həmişə məğlub olur.
Abbas Abbasov artıq Azərbaycan tarixinə fərqli dövlət və ictimai xadim, əsl vətənpərvər kimi düşüb.
Tale elə gətirdi ki, A.Abbasovun yüksəlişinin zirvəsi SSRİ dağılandan, Azərbaycan müstəqillik əldə edəndən sonraya təsadüf etdi. 1992-ci ildən Abbas Abbasov Azərbaycan hökumətində baş nazirin müavini postunu tuturdu. Bu zaman Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına görə məsuliyyət onun üzərinə düşürdü. Burada A.Abbasovun əsl istedadı üzə çıxdı.
90-cı illərin boz məmurları fonunda A.Abbasov yüksək intellekti və istənilən səviyyədi məsələləri həll etmək qabiliyyəti ilə seçilirdi. Təsadüfi deyil ki, hətta A.Abbasovu bədxahları da bu faktı etiraf edir: A.Abbasov Azərbaycanda dörd prezidentin dövründə baş nazirin birinci müavini postunda çalışmış yeganə yüksək rütbəli məmur olub.
Xatirimdə bakılı həmkarımın danışdığı bir epizod qalıb. 1994-cü il. O Bakıda baş nazirin birinci müavini Abbas Abbasovun otağında müsahibə alır. Qəfil yuxarıdan zəng gəlir. Abbas Abbasov gərginləşir. Onun yanında Krasnodar vilayətinin rəhbəri Yevgeni Xaritonovun nömrəsini yığır və deyir: «Yevgeni Mixayloviç, əzizim, salam. Bizdə taxılla problem var. Bütün ümidlər sənədir». Cavabında cənab Xaritonovun dostyana səsini eşidirəm: «Heç bir problem yoxdur Abbas Aydınoviç, nə qədər istəsəniz, taxıl göndərməyə hazırıq».
A.Abbasovun yerində başqası olsaydı, Krasnodar vilayətin rəhbərinə rəsmi məktub ünvanlayardı və respublika bir neçə gün itirərdi. Kim bilir, ölkənin neçə günlük taxıl ehtiyatı qalmışdı. A.Abbasov isə «çörək» məsələsini bir neçə dəqiqə içində həll etdi və bu məqamda onun respublika əhalisini zəruri ərzaqla təmin etməyə məsuliyyət daşıyan rəhbər kimi istedadı göründü.
Əminəm ki, bu gün də Rusiyadakı Azərbaycan icmasının rəhbəri kimi bu ölkənin müxtəlfi regionlarında çoxsaylı Azərbaycan təşkilatlarının fəaliyyətini koordinasiya edən A.Abbasova belə insani keyfiyyətlər, müxtəlif adamlarla dil tapmaq bacarığı, qəlb təmizliyi, səmimiyyət və xeyirxahlıq məxsusdur.
A.Abbasovun ictimai fəaliyyətinin nəticəsi göz qabağındadır. Bu gün Azərbaycan diasporası Rusiyanın ictimai həyatında heç vaxt olmadığı qədər fəal iştirak edir. Bu da məhz onun rus və Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirmək səylərinin nəticəsidir.