Çilinin Çiloe adası yaxınlığında amfibiya tipli kiçik təyyarə körfəzə düşüb.
“Report” xəbər verir ki, bu barədə şənbə günü “La Tercera” qəzeti öz saytında məlumat verib.
Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Təyyarədə ümumilkdə 4 nəfər olub. İlkin məlumata görə, təyyarə elektrikötürücü xəttlərə ilişdikdən sonra suya düşüb. Hadisənin təfərrüatları öyrənilir.