Böyük Britaniyada Avropa Birliyi (AB) referendumunun təkrarlanması üçün internet üzərindən başlanılmış petisiya kampaniyasına müraciətlər bir milyonun üzərinə çıxıb.
İkinci Avropa Birliyi referendumunun keçirilməsi üçün Parlamentin internet səhifəsindəki ərizə bölməsində başlamış imzatoplama kampaniyasına qoşulanların sayı 1 milyon 250 min 736 minə çatıb.
Dünən gecə intensiv iştirak səbəbindən Parlamentin ərizə səhifəsinə giriş bir müddət mümkün olmamışdır.
Britaniya Parlamentinin internet səhifəsindəki hər hansı bir ərizə 100 mindən çox imza topladıqda, parlamentin alt qanadında müzakirə edilir.
Ərizə Komitəsinin 100 mindən çox imza toplayan ərizələri 28 İyunda keçiriləcək növbəti iclasında müzakirə edəcəyi gözlənilir.
(marja)