Azərbaycanda tamah məqsədilə törədilən cinayətlərin sayında artım var.
Bu barədə bu gün jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.
O bildirib ki, əslində son illərdə məhkumların sayı stabil qalsa da, bu il qismən artıb: “Əsasən dələduzluq, quldurluq, soyğunçuluq cinayətləri törədənlərin sayı artıb. Yəni, əsasən tamah məqsədilə törədilən cinayətlərin sayında artım var. Bu isə təcridxanadan azad olunan məhkumların azadlıqda iş tapmaması ilə əlaqədardır”. (Trend)