ABŞ-ın səyahət gəmisi son 10 illiklərdə ilk dəfə Kuba sahillərinə yan alıb. Bu bir daha Vaşinqtonla Havana arasında münasibətlərin istiləşməsindən xəbər verir. Gəmi mayın 2-də Havana sahilinə yan alanda onu əllərində Kuba bayraqları yüzlərlə adam qarşlayıb. Göyərtəsində 700-dən sərnişin olan gəmi mayın 1-də Mayamidən çıxıb. ABŞ-la Kuba 2014-cü ildən münasibətlərin bərpasına başlayıblar. Obama bu ilin martında son 90 il ərzində Kubaya səfər edən ilk ABŞ prezidenti olub.