Bu gün yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 20:10-da) Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub. İki mərmi Kilis şəhərinin mərkəzinə düşüb. Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. (virtualaz.org)