Bakıda gənc fəal İsa Şahmarlı özünü işlədiyi ofisdə asaraq öldürüb. 20 yaşlı İsa Şahmarlı intihardan əvvəl facebook səhifəsində belə bir qeyd yazıb:
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil. Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli küçəsi 59. Qapını açıq qoyuram. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida”.
İ.Şahmarlının dostları onun bu statusunu oxuyandan sonra dərhal 112 xidmətinə xəbər versələr də, gec olub. Haraya yetişənlər gənci asılmış vəziyyətdə tapıblar. Onun həyatını xilas etmək mümkün olmayıb.
İ.Şahmarlı LGBT adlı təşkilatın rəhbəri idi və cinsi azlıqların hüquqlarını müdafiə edirdi.
İddialara görə, ipdən alınanda İ.Şahmarlı hələ sağ imiş. Ancaq təcili yardım maşını gələnə qədər (40 dəqiqə ərzində) o, keçinib.
Mərhumun valideynləri hadisə baş verən yerə gəliblər. Daha sonra gəncin meyiti tibbi ekspertizaya aparılıb.
İlkin ehtimala görə, intiharın səbəbi maddi çətinlik olub.