Gəncədə sərnişin avtobusu qəza törədib.
Belə ki, Goranboy sakini 62 yaşlı Saday Əliyev idarə etdiyi “Hundai Sonata” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən qarşısına at çıxıb və sürücü idarəetməni itirib.
“Kəpəz Tv” xəbər verir ki, elə bu vaxt nəqliyyat vasitəsinin arxasında yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtobus onu arxadan vurub. Bakı sakini,33 yaşlı İlkin Cənnətovun idarə etdiyi avtobusa qismən ziyan dəysə də, “Hundai Sonata” tam yararsız hala düşüb.
Bundan başqa, avtomobildə olan sərnişin, 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik yaralının şəxsiyyəti məlum deyil.