Dünən axşam saatlarında Türkiyəyə səfər edən Uruqvayın eks-dövlət başçısı Jose Mujica, bu gün Şişli bələdiyyəsində kitabının təqdimat mərasimini keçirib. Eks-prezident kitabının təqdimat mərasimində maraqlı fikirlər səsləndirib. Mujica pul qazanmaq istəyənlərə siyasətdən uzaq olmalarını məsləhət görüb və əsl zənginliyin yollarını göstərib: “Pulu çox sevənlər sənaye və ticarətlə maraqlansın. Siyasi fəaliyyət pul yığmaq üçün deyil, xalqa xidmət edərək özünü xoşbəxt hiss etmək üçündür. Siyasətçi olmaq xalqa yaxın olmaq, xalq kimi olmaqdır. Yaşamaq üçün az şeyə ehtiyacımız var. Bildiyim qədər, pul və zənginlik digər dünyaya aparılmır. Həyata heyranam. Onu satın ala bilməzsiniz və əlinizdən gedər. Ölkəmi və xalqımı çox sevirəm. Mən gedincə, geriyə onlar qalacaq və mübarizəyə davam edəcəklər.
Xalqın böyük əksəriyyəti kimi yaşamağa çalışıram, çünki qərar verən xalqdır. Əksəriyyətin daha yaxşı yaşadığı gün, bəlkə biz də daha yaxşı yaşayarıq, daha çox xərcləyərik. Həyatda ən gözəl şey, azadlıqdır. Sıx bir həyatın, böyük bir evin və xidmətçilərin olarsa, onlara diqqət etmək üçün çox çalışmalısan. Mənim işlərimə diqqət etməsi üçün başqasına göstəriş versəm, bu dəfə onun vaxtını oğurlamış oluram”.
azadliq.info