ABŞ Əfqanıstanda ordu saxlamaqda davam edəcək. Bu barədə prezident Barak Obama məlumat verib. O, Əfqan ordusunun kifayət qədər güclənmədiyini əsas gətirərək, 10 min Amerika əsgərinin növbəti illərdə də bu ölkədə qalacağını açıqlayıb: “Doğru olanı budur. Əfqanıstanın ölkəmizə hücum üçün yenidən terroristlər tərəfindən baza olaraq istifadə edilməsinə icazə verə bilmərəm”,- deyə Obama bildirib.
Barak Obama, Amerika əsgərlərinin ölkədən tamamilə çəkilməsi üçün Talibanla Əfqan hökumətinin razılığa gəlməsinin əsas şərtlərdən biri olduğunu da sözlərinə əlavə edib.
azadliq.info