Azərbaycanda kiçik şirkətlərin bazardan sıxışdırılıb çıxardılmasında iri şirkətlərin də rolu var.
Bunu açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
İqtisadçı-ekspert inhisarçılığı da sahibkarlıq fəaliyyəti üçün problemlərdən biri sayır:
“Azərbaycan bazarı kiçik bazar olduğuna görə burda iri şirkətlər gəlir əldə edə bilmir və buna görə də müxtəlif yolla kiçik və orta şirkətləri əsassız yoxlamalar şəklində, cərimələr şəklində sıradan çıxarmağa nail olur və konkret məhsul növü üzrə onlar hökmran mövqeyə sahib olurlar. Buna görə də bazara istədikləri qiyməti diktə edirlər”. (marja.az)