Bu gün Luksenburqda Avropa Birliyi Xarici Əlaqələr Şurasının toplantısı baş tutub. Toplantıda əsasən Suriya problemi və Rusiyanın bu ölkədəki addımları ciddi müzakirə olunub. Əsədin hakimiyyətdə qaldığı müddətdə Suriyada daimi sülhün bərqərar olmasının mümkünüz olduğunu önə çəkən AB, həmçinin Rusiyadan Suriyadakı hücumlarını dayandırmağı və Türkiyə hava məkanına müdaxiləyə dərhal son qoymağı tələb edib.
“Əsəd qaldıqca sülh mümkün deyil”
“Suriyanın hazırkı rəhbərliyi və Suriya cəmiyyətinin bütün təbəqələrinin qanuni tələbləri qarşılanmadığı müddətdə daimi sülh təmin edilə bilməz. AB-nin məqsədi, Suriyada qarşıdurmalara son vermək və xalqın öz ölkəsində sülh şəraitində yaşamasını təmin etməkdir. Beynəlxalq ictimaiyyət, iki mövzu ətrafında birləşməlidir: Bunlardan biri ölkədə sülhü yenidən təmin edəcək siyasi keçid prosesinin qurulması və problemin bütün səbəblərini nəzərə alan siyasi addım, digəri isə regional və qlobal İŞİD təhdidi ilə mübarizə aparılmasını nəzərdə tutan təhlükəsizlik addımlarıdır. Avropa Birliyi BMT liderliyi ilə həyata keçirilən beynəlxalq səylərə təsirli və aktiv bir şəkildə qatqısını təmin etməkdə davam edəcək. Suriya rejimi üzərində təsiri olanlar daxil olmaqla, bütün tərəfləri siyasi keçidin təmin olunması və şiddətin sona çatması üçün konstruktiv rol oynamağa dəvət edirik. AB regional güclər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İraq və beynəlxalq tərəfdaşlarla BMT çərçivəsində sülh və əhatəli keçid şərtləri təmin etmək üçün ünsiyyətdə olacaq”.
“Rusiya hücumlara və sərhəd pozuculuğuna dərhal son qoymalıdır”
İŞİD və digər terror təşkilatlarının qınandığı bəyanatda, AB-nin İŞİD-lə beynəlxalq mübarizəni dəstəklədiyi vurğulanır. Lakin bəyanatda siyasəti və hərəkətlərinə görə Əsəd rejiminin İŞİD-ə qarşı mübarizədə ortaq olmasının mümkünsüzlüyü öz əksini tapır.
Rusiyanın Suriyadakı son hücumlarına da toxunulan bəyanatda, Kremlin İŞİD və BMT tərəfindən terror təşkilatı kimi tanınan qruplardan kənar sivil müxalifəti vurlmasının narahatlıq doğurduğu bildirilir və dərhal dayandırılması tələb olunur. Bəyanatda ayrıca Rusiyanın ətraf ölkələrin hava məkanını pozması da kəskin pislənilir.
azadliq.info