Xəbər verildiyi kimi, 1999-cu ildə Milli Məclisdə “Icbari” tibbi sığorta haqqında” qanun qəbul olunub, 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Qanuna uyğun olaraq prezidentin sərəncamı ilə Dövlət Icbari Tibbi Sığorta Agentliyi yaradılıb. Icbari tibbi sığortanın həyata keçirilməsi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır.ÿAmma hər il də icbari tibbi sığorta tətbiq edilmədiyi üçün həmin vəsait büdcəyə qayıdır.
Milli Məclisin komitə iclaslarında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov artıq gələn ildən icbari tibbi sığortanın həyata keçiriləcəyini, bununla bağlı qurum yaradılacağını qeyd edib. Deməli, 15 ildir həsrətlə gözlənilən sistem işə düşəcək və insanlar bundan yararlana biləcəklər.Lakin Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini Musa QuliyevÿModern.az-a bildirib ki, icbari tibbi sığortanın reallaşdırıla bilməməsinin səbəbləri çoxdur. Əsas da obyektiv səbəblərdir. Onun sözlərinə görə, sistemin həyata keçirilə bilməsi üçün demək olar bütün maneələr aradan qaldırılıb:
“Birinci növbədə o səbəblər səhiyyə sisteminin yenidən qurulması ilə bağlı idi. Artıq yeni, modern səhiyyə sistemi qurulub, əmək bazarının formalaşması, sığorta sisteminin inkişafı ilə də bağlı problemlər həllini tapır. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmasına heç bir maneə yoxdur. Gələn ildən pilot rayon seçiləcəkÿ və orada icbari tibbi sığorta tətbiq olunacaq. Həmin rayonun ardınca bütün ölkədə tədricən icbari tibbi sığortaya keçiriləcək. Bu, çox vacib məsələdir. Çünki yeni situasiya, neftin qiymətinin düşməsi, dünya bazarındakı maliyyə böhranı və bu prosesin daha da dərinləşəcəyinin gözlənməsi bizi vadar edir ki, icbari tibbi sığortaya tez keçək. Icbari tibbi sığortaya keçid xidmətin keyfiyyətinin yaxşılaşmasına və israfçılığın qarşısını almağa kömək edəcək. Hökumət də bu məsələ üzərində ciddi düşünür. Büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da dedi ki, gələn ildən icbari tibbi sığortaya keçiləcək. Artıq gələn ildən bunun əyani tətbiqini görə biləcəyik”.
Lakin bu hələ tibbi sığortanın ölkə üzrə tətbiqi demək deyil. Gələn il bir rayonda pilot layihə kimi işə düşəcək tibbi sığortadan əhalinin nə zaman faydalancağını isə kimsə iddia edə bilməz.
Sosial şöbə