Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək
“Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”. Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, hadisədən dərhal sonra ölkə başçısı bu barədə məlumatlandırılıb: “Dərhal Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşlaırndan ibarət əməliyyat qrupu yaradıldı, həyata keçirilən tədbirlər nəticəsində bir gün ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin hamısı həbs edildi. Bu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək”.