“Apple” şirkəti sentyabrın 9-da yeni “iPhone” smartfonunu təqdim edəcək. Növbəti nəsil “iPhone” smartfonu “Force Touch” ekranı, “A9” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq.
Sentyabrın ikinci həftəsində “Apple” tərəfindən keçiriləcək mətbuat konfransında “iPhone” smartfonunun yeni versiyası və “Apple TV” nümayiş olunacaq. Bundan əlavə, “Apple”, həmçinin “iPad” planşet kompyuterinin yeni modelini də təqdim edə bilər. Qeyd olunub ki, “Apple” şirkəti bu informasiyanı rəsmi təsdiq və ya təkzib etməyib. (Azərtac)