Bu ilin 1-ci yarısının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,3% olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,5%-lə, xarici valyutada kreditlər isə 12,2%-lə verilib.
Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində – Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24,1%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23,3%) və Aran (23%) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22%, Quba-Xaçmazda 20,8%, Kəlbəcər-Laçında 19,9%, Gəncə-Qazaxda 19,7%, Yuxarı Qarabağda 19,6%, Abşeronda 19,4%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 11,8% və isə 14,5%-lə.
Regionların adı
|
Kreditlərin orta illik faiz dərəcəsi
|
2015-in əvvəli
|
2015-in ilk 6 ayı
|
Azərbaycan
|
13,7%
|
13,3%
|
Bakı
|
12,3%
|
11,8%
|
Abşeron
|
18,3%
|
19,4%
|
Aran
|
21,3%
|
23,0%
|
Dağlıq Şirvan
|
23,2%
|
23,3%
|
Gəncə-Qazax
|
21,7%
|
19,7%
|
Quba-Xaçmaz
|
20,1%
|
20,8%
|
Lənkəran
|
22,9%
|
24,1%
|
Şəki-Zaqatala
|
21,1%
|
22,0%
|
Yuxarı Qarabağ
|
20,8%
|
19,6%
|
Kəlbəcər-Laçın
|
25,6%
|
19,9%
|
Naxçıvan
|
13,8%
|
14,5%
|
Mərkəzi Bank bildirir ki, 2014-cü ilin yekunları müqayisədə son 6 ayda kreditlər orta hesabla 0,4% ucuzlaşıb. Amma bu azalma əsasən Bakının hesabınadır – kreditlərin böyük hissəsinin verildiyi Bakıda faiz dərəcələri son 6 ayda 0,5% azalıb.
Ayrı-ayrı regionlara gəlincə, 7 bölgədə kreditlər bahalaşıb, 4 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 5,7% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,5%, Gəncə-Qazaxda 2%, Yuxarı Qarabağda 1,2% olub.
Əksər regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 1,1%, Aranda 1,7%, Dağlıq Şirvanda 0,1%, Quba-Xaçmazda 0,7%, Lənkəranda 1,2%, Şəki-Zaqatalada 0,9%, Naxçıvanda isə 0,7%-dir. (Fins.az)