Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəd etdiyi kimi, Çinə səfərində həm uyğur türklərinin məsələsini rəsmi səviyyədə qaldırdı, həm də özləri ilə görüş keçirdi. Çində fəaliyyət göstərən İslam Dərnəyi üzvləri ilə görüşən Ərdoğan bildirib ki, hazırda bu ölkədə 35 min məscid, dini sahədə çalışan 40 min məmur var: «Bizə təqdim etdikləri rəqəmlər həqiqətən də ümidvericidir. Çindəki İslam Dərnəyinin Türkiyədəki Dini İşlər Nazirliyi ilə sıx əlaqələri var. Onlara da açıq şəkildə bildirdik ki, bu birlik-bərabərliyi Çində öz aranızda da davam etdirin. Bunun fərqində olduqlarını gördük».
Ərdoğan Çin kimi böyük və güclü bir ölkədə müsəlmanların da güclənməsini arzuladıqlarını bildirib.