Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin suverenliyinin irəliləməsi məqsədi ilə ABŞ-dan yardım istəyib.
Avqustun 3-də Minskdə ABŞ parlamentini nümayəndə heyəti ilə görüş zamanı Lukaşenko bəyan edib ki, Belarus hakimiyyəti yaxşı şagirddir və ABŞ-da müstəqilliyinin irəliləməsi üçün yardım almaqda maraqlıdır.
«Heç vaxt razı olmarıq ki, bizə nəyisə zorla qəbul etdirsinlər. Ancaq biz yaxşı şagirdlərik. Əgər biz ölkəmizi suverenliyə, böyük müstəqilliyə aparacaq, Belarus xalqının həyatını yaxşılaşdıracaq variantlar təklif edilsə, sizə minnətdar olarıq və dərhal bunu qəbul edərik», – deyə Lukaşenko bəyan edib.
Fizzə