«İki polisimizi alçaqcasına şəhid edənlərin, bu işdə barmağı olanların hamısı hesab verəcək»
Antierror əməliyyatları çərçivəsində 590 nəfər saxlanılıb
Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə, həmçinin İraqın şimalındakı kürd döyüşçülərinə qarşı hərbi əməliyyatları davam etdirir. Ötən gecə türk təyyarələri sözügedən mövqelərə hava zərbələri endiriblər. Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün mətbuat konfransı keçirərək bildirib ki, təhlükə aradan qalxmayınca əməliyyatlar davam edəcək. Davudoğlunun sözlərinə görə, ötən gecə 22 ayrı şəhərdə antiterror əməliyyatı keçirilib və 288 nəfər saxlanılıb: «Saxlanılanlar arasında hər üç terror təşkilatına (PKK, İŞİD, DEAŞ) mənsub şəxslər var. Son bir neçə gündə saxlanılanların ümumi sayı 590 nəfərdir. Türkiyə demokratik hüquq dövlətidir və hüquqdan kənara çıxan hər addım mütləq cəzalandırılacaq. İki polisimizi alçaqcasına şəhid edənlərin, bu işdə barmağı olanların hamısı hesab verəcək».
Baş nazir Suriyada əməliyyatların üçüncü, İraqda ikinci dalğasının başladılması ilə bağlı qərar verdiklərini də bildirib: «Əməliyatlar həm quruda, həm havada davam edir. Qətiyyətmizdən kiminsə şübhəsi olmasın. Bu əməliyyatlar hərbi və polis sahəsindəki yetkililərlə, Nazirlər Kabineti ilə və Milli Təhlükəsizlik Nazirliyi ilə apardığımız müzakirələr çərçivəsində həyata keçirilir. Əməliyyatların birinci hədəfi demokratiyanın təminatıdır. Suruç qətliamı Türkiyə demokratiyasına yönəlmişdi. Səbəbkar DEAŞ, bunu bəhanə edərək xaos yaratmağa çalışan isə PKK idi. 7 iyundan bu yana 281 terror hadisəsi baş verib. Hökumət istefaya getsə də, məsələ ölkəmizin təhlükəsizliyi olanda siyasi gələcəyimizi yox, ölkənin gələcəyini düşünürük. Türkiyə demokratik hüquq dövlətidir və hüquqdan kənara çıxan hər kəs cəzalandırılacaq».
Gültəkin