Ukrayna, Malayziya, Avstraliya, Niderland və Belçikanın xarici işlər nazirləri ötən il Ukraynanın şərgində baş verən təyyarə qəzası ilə bağlı tribunalın yaradılması çağırışı ilə BMT-ə müraciət ediblər.
Tribunalın yaradılması ideyası ilə ilk olaraq Niderland çıxış edib. Bu ilin iyulun 14-də Malayziya tribunalın yaradılması ilə bağlı BMT TŞ-a qətnamə təqdim edib.
Rusiya tribunalın yaradılmasına qarşı çıxıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu tələsik bir addım olardı.
azadlıq.info