Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, İyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmişdir.
Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.