Yozef Blatterin yenidən FİFA prezidenti seçilməsindən sonra alman siyasilər FİFA-ya alternativ qurum yaratmağa çağırıblar. Həmçinin belə bir təkliflə Avropa Parlamentinin vitse-prezidenti Aleksandr Qraf Lambsdorf çıxış edib.
«Avropa futbol federasiyalar Blatterin yenidən seçilməsindən nəhayət nəticə çıxarmalıdır», – deyə Lambsdorf bildirib.
Onun fikrincə, planetin ən yaxşı komandaları ilə təmsil olunan əsas federasiyalar «Dünya Futbol Assosiasiya»nda (World Football Association – WFA) birləşə bilər.
«Dünya çempionatının FİFA dünya kuboku yaxud WFA dünya çempionatı adlanacağı elə də əhəmiyyətli deyil. Vacib olan azarkeşlərin dünyanın ən yaxşı komandalarının ifasında futbol izləməsidir. Buna isə məsuliyyətlə və qalmaqalsız olaraq beynəlxalq təşkilat rəhbərlik edər», – deyə siyasətçi qeyd edib.
Lambsdorfun fikrincə, belə federasiyasının özəyi Avropa olmalıdır. «Əgər Avropanın 5 aparıcı futbol federasiyası – Almaniya, İngiltərə, İspaniya, Fransa və İtaliya WFA –nın özəyi olmağa razılıq versələr, qısa zamanda ABŞ, Yaponiya, Avtsraliya da onlara qoşulacaq. Yeni federasiyaya Argentina və Braziliyanın da birləşməsi Blatterin FİFA-sının idman və iqtisadi sonluğu anlamına gələcək», – deyə o vurğulayıb.
Eyni mövqeyi «İttifaq-90/«Yaşıllar»» partiyasının həmsədri Simon Peter də dəstəkləyir. Onun sözlərinə görə, əgər FİFA qaydaya salınmasa, yeni beynəlxalq futbol federasiyasının yaradılması mümkündür və bu qurum üçün ön planda idman olacaq. Bu həm də ona zəmanət olacaq ki, gələcəkdə korrupsiya və çirkli pulların yuyulmasına yol verilməyəcək.
azadlıq.info