Milli Şuranın üzvü, gənc fəal Cəmil Hacıyev dünən axşam saatlarında evinə gedərkən polis əməkdaşları tərəfindən döyülüb. Bu barədə "Azadlıq"a o özü məlumat verib.
Cəmil Hacıyev bu hərəkətin ona qarşı sifarişli olduğunu bildirir. Belə ki, bir neçə vaxt bundan əvvəl onunla qonşuluqda yaşayan və özünü varlı məmurlardan birinin sürücüsü kimi təqdim edən şəxsin övladları onun sürməyə icazəsi olan maşınını əzmişdi. O , bu barədə uşaqların valıdeyinlərinə bildirsə də, uşaqların valideyinləri: “Belə şey ola bilməz, mən sənin maşınını da düzəltdirən deyiləm, get kimə deyirsən de, nə edirsən et” deyə bildiriblər.
Cəmil Hacıyev bunları deyib:” Hara şikayət etməyimdən asılı olmayaraq, vəzifəli şəxsin sürücüsu nəinki özünü müdafə etmək, hətta polisin şikayəti araşdırmamağına belə nail olub. 7-ci polis bölməsindən işi araşdıran təqqiqatçı Hüseyn Hüseynov və baş tədqiqatşı Maqsud nəinki işi araşdırmaq, heç vətəndaşa cavab bele verməyiblər. Üzərindən xeyli vaxt keçməyinə baxmayaraq, bu günə kimi 7-ci polis bölməsi rəsmi cavab vermeyib. Prokrorluq və baş prokrorluga da edilən şikayətlər heç bi nəticə verməyib.
Dünən axşam saatlarında isə , sürücünün qoçusu aktivistin qarşısını kəsərək ondan ərizəni götürməyini tələb edib, daha sonra isə onu vəhşicəsinə döyüb. Hadisə ilə ələqadar 102 xidmətinə məlumat verilsə də, polis hadisə yerinə gəlməyib. Dəfələrlə edilən zəngdən sonra polislər Cəmil Hacıyevi təcili tibbi yardım məntəqəsindən tapıblar.7-ci polis bölməsində isə, polisin gözü qarşısnda onu təhqir edərək söyüblər, onu ölümlə hədələyiblər.
Hazırda onun səhhətində ciddi pozuntular var. Və ona qarşı təhdidlər davam edir.