"Real"ın baş məşqçisi Karlo Ançelotti növbəti mövsüm Madrid təmsilçisini çalışdırmayacaq. Bunu bu gün keçirdiyi mətbuat konfransında klubun prezidenti Florentino Peres açıqlayıb.
Xatıraladaq ki, 2013-cü ildən "Real"ı çalışdıran Ancelotti ötən il komandasına Çempionlar Liqası kubokunu qazandırıb. Bundan əlavə onun rəhbərliyi altında Madrid klubu İspaniya kral kubokunu, UEFA superkubokunu qazanıb, həmçinin klublararası dünya çempionatının qalibi olub.
Bu il isə kral klubu mövsümü mükafatsız başa vurub.
azadlıq.info