“Bank Technique” Müşahidə Şurasının mayın 22-də saxlanan sədri Rövşən İsmayılov bu gün sərbəst buraxılıb. O, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin binasını artıq tərk edib.
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən verilib. R.İsmayılov pul yumaqda ittiham olunur.
***
“Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov saxlanılıb. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Məlumata görə, Rövşən İsmayılov ötən həftənin cümə günü – mayın 22-də saxlanılıb. O, hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotel”) təcridxanasında saxlanılır.
Bankir xüsusilə böyük məbləğdə pul yumaqda ittiham olunur.
Rövşən İsmayılov “Bank Technique”dən əvvəl Azərbaycan Beynəlxalq Bankında işləyib, İdarə Heyəti sədrinin müavini postunu tutub. 2012-ci ildə isə “Bank Technique” Müşahidə Şurasının sədri təyin olunub.