Bu ilin ilk rübünə aid məlumatlara görə, Norveçin Qərbi Avropa ölkələrinə həyata keçirdiyi qaz ixracı 29,2 milyard kubmetrə çataraq, həmin dövrdə 20,2 milyard kubmetr ixrac edən Rusiyanı geridə qoyduğu bildirilib.
Norveç mediasının Norveçin qaz operatoru Gassco-nun və Rusiyanın dövlət enerji şirkəti Qazpromun məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, ötən ilin son rübündə də Qərbi Avropa ölkələrinin Norveçdən etdikləri qaz idxalının 29,5 milyard kubmetrə (bcm) çıxarkən, Rusiyadan edilən idxalın isə 19,8 milyard kubmetrdə qaldığı bildirilib.
Norveç, Qərbi Avropa ölkələrinə olan qaz ixracında son dəfə 2012-ci ildə qısa bir müddətə Rusiyanı geridə qoymuşdu, lakin qaz nəhəngi Rusiya qısa müddətdə yenidən bazarda liderliyi ələ almağı bacarmışdı.
Xüsusilə Rusiyanın Ukraynada baş verən hadisələrə müdaxiləsi və Krımın ilhaqından sonra Aİ və Rusiya arasında gərginləşən münasibətlər səbəbindən, Brüssel üzv ölkələrə təzyiq edərək Rusiyadan olan qaz asılılıqlarını azaltmağa çağırmışdı.
Norveçin Rusiyanı keçməsinə səbəb olaraq göstərilən digər bir amil isə, sürətli şəkildə düşən neft qiymətləri ilə Norveçin idxalçı ölkələrə təqdim etdiyi "elastik" qaz qiymətləri olduğu bildirilir.
Avropa Komissiyasına görə isə, 2014-cü ilə aid bütün rüblük statistik göstəricilər nəzərə alındıqda, Rusiya hələ də Aİ-nin ən böyük qaz tədarükçüsüdür.