Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən vəfat edib. 98 yaşlı sabiq prezident müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında mayın 9-da canını tapışırıb.
Kənan Evrən Türkiyənin 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabrda hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.