AXCP sədri Əli Kərimlinin Hollandiyada mühacir həyatı yaşayaş tələbə yoldaşı Ataxan Əbilov onu 50 yaşı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
50 yaşın mübarək! İllər çox sürətlə keçdi. Biz Sizinlə tələbə yoldaşlarıyıq. Bir partada oturduğumuz anlar sanki dünən olmuşdur…
Gənclik illərində 50 yaşı həmişə qocalıq faktoru kimi təsəvvür etmişəm. Amma indi aydınca hiss edirəm ki, elə deyilmiş. Çox mətləblərdə olduğu kimi burda da Siz aşkar nümünəsiz. 50 yaşında gənclik ehtirasıyla fəaliyyət görmənin, bu yaşda bitib-tükənməyən enerjiyə malik olmanın nümünəsi…
Bizi bu gün bir Vətən birləşdirsə də, ayrı-ayrı dövlətlərin yurisdiksiyaları altında yaşayırıq. Sizə yarınmağa heç bir ehtiyacım yoxdur. Bunu nə üçün deyirəm. Hər dəfə çıxışlarınızı izləyəndə taleyiniz üçün açıq qorxu keçirir və avtoritar rejimin təziqlərinizə hələ də dürüş gətirməyinizə görə Allaha şükür edirəm.
50 yaşınızı təbrik edirəm. Allahdan Sizə möhkəm can sağlığı, daha çox enerji, daha çox qətiyyət arzu edirəm! Tanrı Sizə yar olsun!