İran ABŞ-a məxsus yük gəmisini tutub və onu İranın Bəndər Abbas limanına müşayiətlə aparıb. Amma xəbərlərə görə, nə İran, nə də ABŞ tərəfindən insidentlə bağlı rəsmi təsdiq olmayıb.
Məlumatlarda deyilir ki, gəminin göyərtəsində 34 adam olub. Məlumata görə, onlardan heç biri ABŞ vətəndaşı deyil. İranın qeyri-rəsmi Fars xəbərlər agentliyi deyir ki, gəmi "İranın ərazi sularına qanunsuz keçdiyi üçün" saxlanıb.