Şirkət inhisarçılıq etməkdə günahlandırılır
Çində, Almaniyanın avtomobil nəhəngi Mercedes-in 57 milyon dollar cərimələndiyi bildirildi. China Daily qəzetinin xəbərinə görə, Mercedes şirkətinə və Çinin şərqində yerləşən Ciangsu əyalətində Mercedes-in səlahiyyətli satış dilerlərinə avtomobil və ehtiyat hissələrinin satışında anti-inhisar qanunlarının tələblərini pozduğuna görə 350 milyon yuan (təxminən 57,1 milyon ABŞ dolları) cərimə kəsilib.
Rəsmi şəxslər, Mercedes-i ölkədəki bazar hakimiyyətindən və məhdud rəqabətdən sui-istifadə etməkdə günahlandırır. Mercedes ilə əməkdaşlıq edən səlahiyyətli satış dilerlərinə də 7,87 milyon yuan (təxminən 1,26 milyon ABŞ dolları) cərimə yazılıb. Mercedes-in yazılı açıqlamasında ittihamlara etiraz edilmədiyi və cəriməni ödənəcəyi qeyd edilib.