Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstana etdiyi ilk səfər zamanı, sensasiyon bəyanatla çıxış edib. Lukaşenko, ölkəsinin Gürcüstanın ərazi bütövüyünü dəstəklədiyini bildirib: "Belarus, Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiyanı tanınmaması kursuna sadiqdir", deyə Lukaşenko bildirib. Lukaşenko bu haqda, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşündən sonra jurnalistlər açıqlamasında bildirib. Bu bəyanat, onu göstərir ki, Rusiyanın separatçı rejimləri dəstəkləməsi Lukaşenkonu çox narahat edir. Məlumat üçün bildirək ki, Rusiya 2008-ci ildə vaxtilə Gürcüstan ərazisində mövcud olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
azadliq.info