Aprelin 21-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən iclasında Avropa Şurasına üzv ölklərdə münaqişələrin həlli ilə bağlı alt komitə təsis edilməsi barədə qərar qəbul edilib. Alt komitə hazırda mövcud olan Monitorinq komitəsinin nəzdində yaradılıb. Yeni komitənin işi Avropa Şurasına üzv ölkələr arasındakı münaqişlər, hazırda mövcud olan silahlı münaqişlərin həlli ilə məşğul olacaq. Bu birbaşa münaqişlərin həlli mexanizmi olmasa da, mövcud mexanizmləri dəstəkləmək üçün parlament diplomatiyasından istifadə edilməsinə səy göstərəcək. Alt komitənin ilk növbədə Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, Dnestryanı region, Krım və Ukraynanın şərqindəki münaqişə, habelə Şimali Kipdəki problemlə məşğul olacağı gözlənilir.