İraq hərbçiləri aprelin 17-də ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazinin nəzarətə götürüldüyünü deyirlər. General Ayad al Lahabinin sözlərinə görə, İraqın hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə,Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər. General bu döyüşlərdə 160-a yaxın yaraqlının öldürüldüyünü deyir.Onun sözlərinə görə İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə almış yaraqlıların blokadasını yarmağa cəhd göstərirlər. Zavod hpkumət qoşunlarının nəzarətindədir. İraqın hökumət qüvvələri aprelin 2-də yaraqlıların əlində olan Tikrit şəhərini də azad ediblər. Bir neçə gün idi ki, ağır döyüşlər gedən Ramadi şəhərində isə hazırda nisbi sakitlikdir. İslam Dövləti yaraqlıları aprelin 15-də Ramadi istiqamətində əks-hücuma keçiblər. Hazırda İraq və Suriyanın bir sıra əraziləri yaraqlıların nəzarətindədir.