Rusiyanın “Zvezda” televiziya kanalının əməkdaşı Andrey Lunev Ukraynanın şərqində minaya düşərək başı və ayağından ağır ayaralanıb.
İnterfaks agentliyinin məlumatına görə, hadisə aprelin 14-ü səhər saatlarında Şirokino kəndi ətrafında baş verib.
Lunev atəşkəsə nəzarətlə bağlı ATƏT və Birgə nəzarət və koordinasiya mərkəzinin əməkdaşları ilə birlikdə yoxlamada iştirak edirmiş.
Jurnalist neytral ərazidə olan dayanacaqlardan birində simə ilişib və güclü partlayış baş verib.
Xeyli qan itirən jurnalist Novoazockdakı hospitala götürülüb.
Teıeviziya kanalının saytında bildirilir ki, Donetsk sakini olan Lunev münaqişənin əvvəllərindən”Zvezda” televiziya kanalı ilə əməkdaşlıq edirm