Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb. ABŞ-ın həftəlik neft ehtiyyatının artdığı barədə yaydığı xəbərlər neftin kəskin ucuzlaşmasına səbəb olub. Gecə saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 3,30% ucuzlaşaraq 55,80 dollara satılıb. WTI markalı neft isə 4,33% ucuzlaşaraq 51,64 dollara satılıb. Qeyd edək ki, ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatları martın 27-dən aprelin 3-nə qədər 10,9 milyon barrel artaraq 482,4 milyon barrel təşkil edib. Bu isə son 80 il ərzində rekord göstəricidir.