Almaniyanın hava yolu şirkəti «Lufthansa»nın daha bir təyyarəsi sərnişinlərə həyəсanlı anlar yaşadıb. Aprelin 8-də Frankfurtdan Mayamiyə uçan təyyarə çox keçmədən geri qayıdaraq qəza enişi edib. «Lufthansa» insidentlə bağlı açıqlamasında bildirib ki, qəza enişi təyyarənin qanadlarındakı klapanlardan birinin zədələnməsi ilə bağlıdır. Mayamiyə yollanan 66 sərnişin yeni təyyarə ilə təmin edilib.
Təxminən iki həftə əvvəl «Lufthansa»ya məxsus təyyarə Fransada qəzaya uğramış, nəticədə 150 sərnişin dünyasını dəyişmişdi. Bu qəzaya görə şirkət ölənlərin yaxınlarına ümumilikdə 300 milyon dollar kompensasiya ödəyəcək.
Gültəkin