Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirlyinin saytı xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.