Bəyalı Əliyev: «Biz müsbət heç nə gözləmirik»
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev “Yeni Azərbaycan”a müsahibəsində “Hərbi qulluqçuların icbari sığortası haqqında” qanunun icrası ilə bağlı məsələlərdən bəhs edib. M.Quliyev hərbi qulluqçuların sığorta puluyla bağlı son dövr gündəmdə olan problem barədə danışıb.
Deputat bildirib ki, Konstitusiya Məhkəməsinin məsələylə bağlı qərarının təfsirə ehtiyacı var. O bu qərarın birmənalı olmadığını deyib:" Martın 17-də Milli Məclisdəki çıxışımda dedim ki, hökumət, Milli Məclis, Konstitusiya Məhkəməsi bu məsələni aydınlaşdıran qərarlar qəbul etməlidir. Lazım olsa, bunun üçün ümumi komissiya da yaratmaq olar. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ya onların ictimai təşkilatlarının nümayəndələri də həmin komissiyaya daxil ola bilər. Beləliklə, birgə araşdırma və qərar əsasında problemin həlli müəyyən oluna bilər. Müəyyən olunsun ki, kimlərin sığorta təzminatı almaq hüququ qalır, kimlərə bu təzminat nə qədər və hansı müddətə verilməlidir. Boşluqların aradan qaldırılması üçün komissiya yaradılmalıdır ki, məsələni işləsin, qərarını ortaya qoysun. Nazirlər Kabinetində rəhbərlik səviyyəsində bu məsələdən məlumatlıdırlar və müvafiq qurumlara göstəriş verilib ki, araşdırılma aparılsın. Həmin vətəndaşlar Milli Məclisə də müraciət ediblər. Parlament rəhbərliyi, Sosial siyasət komitəsi də həmin vətəndaşların bir qismi ilə görüşüb. Birgə işləmək lazımdır ki, məsələ öz həllini tapsın".ÿ
Görəsən, bu problemin həlli hələ nə qədər uzanacaq" 94-cü ildən yaranan problemin həlli üçün 20 il bəs deyilmi"
Şəhid ailəsi Bəyalı Əliyev şəhid ailələrinə lazımi diqqət və qayğının ayrılmadığını söyləyir. B.Əliyev şəhid ailələrinin üzləşdiyi problemləri mövcud hakimiyyətin həll etmədiyini deyir:
“Mən şəhid ailələrinin sığorta problemindən hansısa bir həll yolu görmürəm. Hakimiyyəti yalnız öz mənafeləri maraqlandırır, onlar bizim kimi ailələrin nə çəkdiyini görmür”.
Sosial şöbə