“İranla Qərb arasında nüvə sahəsində yaranmış anlaşılmazlıq həll olunmaq üzrədir. Verilən məlumatlara görə, artıq əsas prinsipial məsələlər razılaşdırılıb. Əgər bu razılaşma əldə olunarsa, regionumuz üçün çox ciddi nəticələr doğura bilər”.
Bu sətirlərlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ-İran danışıqlarının inkişafını şərh edib. O, facebook səhifəsində ABŞ-la İran arasında tam razılaşma əldə ediləcəyi təqdirdə gözlənilən qlobal hadisələri belə sadalayır:
1. Bu, ilk növbədə İranın Qərblə əməkdaşlıq imkanlarını genişləndirərək ölkə daxilində islahatçı qüvvələrin mövqelərinin güclənməsinə və teokratik rejimin özünü təcrid siyasətinin tədricən aradan qalxmasına təsir göstərəcək.
2. Yaxın Şərqdə və cənubi Qafqazada təhlükəsizlik məsələlərinin həllində yeni imkanlar açaraq terror təhlükələrinin, silahlı konfliktlərin həllinə müsbət təsir göstərəcək.
3. Dünya enerji bazarında İran neft və qazının çəkisi artaraq, neft və qazın qiymətlərinin enməsinə təsir göstərəcək.
4. İranın dünya enerji bazarındakı rolunun artması Azərbaycanın karbohidrogen ehtiyatlarının əhəmiyyətini ciddi şəkildə azaldacaq.
5. Rusiyanın cənub və Cənub Şərq cinahı Qərb üçün açılmış olacaq.
6. Qərblə İran arasındakı anlaşma Şiə məzhəbli İslami hərakatların anti-Qərb ritorikasının zəifləməsinə, svilizasiyalar arası inteqrasiyaya müsbət təsir göstərəcək.