Daha bir əsassız qiymət artımına yol verən market rəhbərliyi cərimələnib
Bakıda daha bir əsassız qiymət artımına yol verən market rəhbərliyi cəzalandırıldı.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları tərəfindən keçirilib.
Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus “Laçın” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Belə ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.
Reydlər davam etdirilir.