Avropa Birliyinin təhlükəsizlik siyasəti və xarici məsələlər üzrə ali komissarı Federika Mogerini, İranla nüvə müzakirələrində əhəmiyyətli addımlar atıldığını, anlaşmaya yaxın olduqlarını bildirib. Mogerini, BMT-nin İnsan Hüquqları Şurasının 28-ci toplantısında etdiyi çıxışda, Ukraynada baş verən qarşıdurmalarda təxminən 6 min adamın öldürüldüyünü ifadə edərək, Krım Tatarlarına qarşı təhdid və işgəncəyə, ifadə, mətbuat azadlığını məhdudlaşdıran cəhdlərə son qoyulmasına çağırıb. İsrailin Fələstin torpaqlarındakı məskunlaşma siyasətinə də toxunan Mogerini, İsrailin məskunlaşma siyasətindən narahatlıq duyduğunu bildirib: "İsrailin davam edən yerləşdirmə siyasətindən narahatlıq duyuram və bu məskunlaşmaların beynəlxalq hüquqa zidd olduğunu bildirirəm. Bütün tərəfləri BMT insan hüquqları mexanizminə uyğun bir şəkildə hərəkət etməyə çağırıram",- deyə Mogherini bildirib. Mogerni eyni zamanda, İraq və Suriyada İŞİD-in və Əsəd rejiminin vətəndaşlara tətbiq etdiyi şiddətə görə cavab vermək məcburiyyətində olduqlarını da bildirib.
azadliq.info