Ukrayna ordusu son 24 saat ərzində 3 əsgərinin öldüyünü, 7-nin yaralandığını xəbər verir.
Ondan əvvəlki 2 gündə cəbhə xəttində itki olmamışdı.
Hərbçilər yanvarın 27-də cəbhə xətti və Donetsk hava limanı ətrafındakı kəndlərdə silahlı toqquşmalar olduğunu deyirlər.
Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl bildirmişdi ki, atəşkəsə baxmayaraq ölkənin şərqində təhlükə hələ də qalır.
Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları geri çəkməli idilər.
Hər iki tərəf ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlandığını deyir.
Amma bunu ATƏT-in müşahidəçiləri də təsdiqləməlidir.