Bəhruz Bayramov: “Hazırda jurnalistin səhhəti normaldır”
Tanınmış vəkil Bəhruz Bayramov hazırda həbsdə olan jurnalist Pərviz Həşimli ilə görüşüb. Bu barədə Moderator.az-ı bilgiləndirən vəkilin sözlərinə görə, soyuqdəymə nəticəsində səhhətində müəyyən problem yaranan jurnalist beş günlük müalicədən sonra özünü yaxşı hiss etməkdədir:
“Hazırda P.Həşimlinin yanından çıxıram. Görüş zamanı məlum oldu ki, jurnalistin soyuqdəyməsi olub və səhhətində müəyyən problemlər yaranıb. Lakin beş günlük müalicə kursu keçib və hazırda özünü yaxşı hiss edir”.