NATO Müdafiə Nazirlərilərinin toplantısında yeni qoşun birliyinin yaradılması razılaşdırılıb və bu haqa qərar qəbul edilib. 2016-cı ilin əvvəlinə qədər aktiv hala gətirilməsi planlaşdırılan 5 min nəfərdən ibarət “qabaqcıl güc” qoşun birliyinin yaradılmasında Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və İngiltərə çərçivə ölkə rolunu oynayacaqlar. NATO-nun baş katibi Jens Stoltenberg təşkil etdiyi mətbuat konfransında, Müdafiə Nazirlərinin Estoniya, Latviya, Litva, Polşa, Rumuniya və Bolqarıstanda çoxmillətli nəzarət mərkəzlərinin qurulması qərarı verdiklərini bildirib. Stoltenberg, 13 mindən 30 minə kimi artırılması planlaşdırılan yeni qoşun birliyinin Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq yaradıldığını bildirib. Stoltenberg, yeni yaradılan birliyin 48 saat müddətində münaqişə yaranan bölgədə hazır vəziyyətdə olacağını bildirib.
azadliq.info