Türkiyənin baş naziri Əhməd Davudoğlu ona edilən hədiyyəni qəbul etməyib.
Hakim Ədalət və İnkişaf Partiyasının İzmir rayon başçısı Bülent Delican sabah şəhərə ilk dəfə gələcək Davudoğlu üçün üzərində 99 dəfə “Bismillahir rahmanir rahim” yazılan bir tablo hazırladıb.
Lakin Baş Nazirlik əvəllcədən xəbərdarlıq edərək hədiyyə qəbul etməyəcəklərini bildirib.
Sabahki partiya toplasında Davudoğlu üçün yazılan xüsusi mahnılar da səsləndirləcək. Onlardan ikisini opera sənətçisi Lütfi Tuna ifa edəcək. Daha bir ifa isə rok janrında olacaq və “Baş nazir Davudoğlu, millətin tək umudu” adlanır.
Davudoğlu konqresdən sonra helikopter ilə Manisaya keçəcək. (ans)