Bakının 8-ci kilometr adlanan ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğın qeydə alınıb. Ticarət mərkəzindəki mağazalardan birinin sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğına səbəb qısaqapanma olub.
“Yanğın mənim mağazamın yerləşdiyi 3-cü mərtəbədə hiss olundu. Yanğın Ticarət Mərkəzinin adının yazılıdığı lövhənin iki hərfində başlamışdı. Əslində buna yanğın demək olmaz.
Tüstü çıxan kimi yanğının qarşısı alındı. Polislər hay-küy saldılar, yanğınsöndürənlər gəldi. Hazırda heç bir yanğın yoxdur. Müdiriyyət mağazaları bir-bir gəzib yoxlayır. Yanğın çox kiçik ərazidə hiss olunur”.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi yanğınla bağlı xəbəri təsdiqləyiblər.