Ukraynanın şərqində gərginlik artmaqda davam edir. Hətta son bir həftədə tərəflər arasındakı gərginliyi aktiv döyüş əməliyyatları əvəz edib. Bu arada Ukraynanın baş naziri Arseniy Yatsenyuk, şərqdəki Donetsk və Lugansk bölgələrində fövqəladə vəziyyət elan edildiyini bildirib. Kievdəki hökumət toplantısının ardından mətbuata açıqlama verən Yatsenyuk, bu addımı təhlükəsizlik qüvvələrinin hərəkətlərini koordinasiya etmək və vətəndaşların təhlükəsizliyini daha yaxşı təmin etmək baxımından atdıqlarını bildirib. Baş nazir ümumilikdə ölkə daxilində ciddi təhlükəsizlik tədbirləri görüləcəyini də bildirib.
azadliq.info