Alman hökuməti Yunanıstanın borclarının silinməsinin müzakirə mövzusu olmadığnı bildirib. Seçkisonrası Yunanıstana mesaj göndərən Berlin, borcların silinməyəcəyini qəti ifadə edib. Yunanıstan büdcənin iflasına mane olan Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu (IMF) və Avropa Mərkəzi Bankı ilə razılaşmaları pozacağını bəyan edən yeni Yunan hökuməti, Almaniyanı belə açıq bəyanat verməyə məcbur edib. Federal maliyyə naziri Volqanq Schaeublenin: “320 milyard avro ödənilməzsə, Yunanıstanın avrodan çıxışı qaçılmaz olacaq”, deyə Volqanq bildirib.
azadliq.info