Rusiyanın məşhur reperi Timati ABŞ-da həbs olunub. Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Timati Kaliforniyada yerləşən “Hollivud” yazısının üzərinə Rusiya bayrağı sancıb. Timati İnstagram səhifəsində yerləşdiyi video “Mənim kalinkam” mahnısı ilə başlayan video paylaşıb. Videoda reper Rusiya bayrağı ilə görüntülənib.
“Biz hərflərin üzərinə çıxıb, ora Rusiya bayrağını sancdıqdan 20 dəqiqə sonra bizi həbs etdilər”, -deyə Timati qeyd edib. Lakin daha sonra reper hadisələrin necə cərəyan etdiyini açıqlamayıb.