***
"Ermənistanda Rusiya bayrağını tapdaladılar"
Ermənistanın Gümrü şəhərində Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş başlayıb. “news.am” saytının verdiyi məlumata görə, aksiyada yüzlərlə sakin iştirak edir. Onlara İrəvandan gələn ictimai fəallar da qoşulub.
Yüzlərlə avtomobil Gümrüdəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümrüdə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb edirlər. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb.
Qeyd edək ki, qətl hadisəsi yanvarın 12-də Gümrüdə, Avetisyan ailəsinin evində baş verib. Qatilin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov olduğu sübuta yetirilsə də, hərbçi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və istintaq müştərək aparılır (apa).